Qəzada yaralanan jurnalist əməliyyata hazırlanır - AÇIQLAMA

Dünən gecə baş vermiş yol qəzasında ağır yaralanan jurnalist Nahid Cəbrayılın vəziyyəti yaxşıdır. Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, xəstə hazırda üz-çənə cərrahiyyəsi şöbəsində əməliyyata hazırlanır. O, burun sümüklərində sınıqlar aşkar olunduğu üçün əməliyyat olunacaq. Xəstəxanadan N.Cəbrayılın qabırğalarında da sınaqların olduğunu bildiriblər.
Qeyd edək ki, bu gecə Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı və “NazLifan” markalı avtomobillər toqquşub. Güclü zərbədən aşan “Jeep” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. “Jeep” markalı avtomobildə başlayan yanğın tez bir zamanda söndürülüb. Məlumata görə, qəza nəticəsində “Naz Lifan” markalı avtomobildə olan qadın sərnişin hadisə yerində ölüb. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsi ilə qadının cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
Xəsarət alanlardan biri axar.az saytının əməkdaşı Nahid Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












