Qəzaya düşən hərbçilərlə bağlı rəsmi açıqlama

İyulun 19-da saat 23.40 radələrində Tərtər-Hindarx yolunun Köçərli kəndi ərazisində içərisində hərbi qulluqçular olan minik avtomobili qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus "VAZ 2107" markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib. Nəticədə leytenant Əsgərzadə Anar İlham oğlu (19.05.1990-cı il təvəllüdlü, 2008-ci il tarixdə Zaqatala rayonundan hərbi xidmətə çağırılıb) vəfat edib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəfizadə Nurlan Rəfail oğlu (19.07.1994-cü il təvəllüdlü, 30.04.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğlu (17.06.1993-cü il təvəllüdlü, 05.07.2011-ci il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəylərov Emin Nuqay oğlu (01.02.1992-ci il təvəllüdlü, 30.06.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar hospitala yerləşdiriliblər.
Koroğlu Əhlimanlının vəziyyəti stabil ağır, Nurlan Rəfizadə və Emin Bəylərovun vəziyyəti isə kafi qiymətləndirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən xəsarət alanlara xüsusi tibbi yardım göstərilməsi üçün 1 ədəd müasir tipli reanimobillə Silahlı Qüvvələrin baş neyrocərrahı və reanimatoloqu təcili hadisə yerinə ezam olunub.
Emin
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












