«Qırmızı nömrəli» maşınlara pərdə və plyonka vurula bilərmi?

Diplomatik korpusa məxsus avtomobillərdə pərdə və plyonkalardan istifadə oluna bilərmi? Qanun “qırmızı nömrəli” avtomobillərlə bağlı bu məsələdə hər hansı məhdudiyyət nəzərdə tuturmu? Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev qanunvericilikdə hər hansı nəqliyyat vasitəsinə belə bir əlahiddə səlahiyyət verilmədiyini vurğuladı: «Qanunvericilikdə belə bir müddəa yoxdur. Yəni heç bir nəqliyyat vasitəsinə icazə verilmir ki, plyonka və ya görüntünü məıhdudlaşdıran örtüklərdən istifadə etsin. Yəni bu məsələdə heç bir nəqliyyat vasitəsi istisna təşkil etmir».
O zaman Bakı küçələrində diplomatik nömrə nişanı daşıyan maşınların qara pərdə və plyonkada hərəkət etməsi nə deməkdir? Azərbaycan qanunları həmin diplomatlara aid deyil, yoxsa Dövlət Yol Polisi onların öhdəsindən gələ bilmir?
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO










