Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində onlayn tədbir keçirildi - FOTO

AMAK, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST), Baş Dövlət Yol Polisi və Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə 17 May 2021 tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində Onlayn Dəyirmi Masa tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və 45, 243 və 186 nömrəli məktəblərin rəhbərləri, eləcə də valideynlər iştirak edib. İnsanların və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsinin əhəmiyyəti və bununla bağlı maarfiləndirməni təşkil etmək tədbirin məqsədlərini təşkil edir. AMAK tədbiri açaraq BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsinin tarixi, yüksək sürətin yaratdığı təhlükələr və yaşayış ərazilərində, xüsusilə məktəb ətraflarında sürətin 30km/saata endirilməsi ilə qəza risklərinin azalmasına dair məlumatlar verdi.
Tədbir iştirakçıları müzakirələr zamanı məktəblər ətrafında sürət həddinin azaldılmasının təhlükəsizlik üçün əhəmiyyəti və hazırki yüksək sürət həddi ilə bağlı bugünki vəziyyət və mövcud çətinliklərə dair çıxışlar edib, öz təkliflərini irəli sürüblər. Polis polkovnik-leytenantı Mübariz Ağayev Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında da uşaq travmalarının minimuma salınması üçün tədbirlərin qeyd olunduğunu və sürətin Azərbaycanda baş verən qəzaların böyük hissəsinin səbəbkarı olduğunu vurğulayıb. Bundan əlavə, yol hərəkəti təhlükəsizliyi üzrə tədrisin təkmilləşdirilməsində dövlət, məktəb və valideyn üçbucağının önəmini bir daha qeyd edib.
Xüsusilə, valideynlər yol hərəkəti təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək, məktəb ətraflarında avtomobillərin sürəti, piyada keçidi zolaqlarının, nişanlanma xəttlərinin köhnəlməsi, xüsusi nişanların olmaması, qanunsuz parklanma və bir çox məsələlərə toxunaraq öz fikirlərini bildiriblər. Həmçinin bütün tədbir iştirakçıları yol infrastrukturunda dəyişikliklərin əhəmiyyəti, aşağı sürət həddi və yol hərəkəti təhlükəsizliyi istiqamətində məsuliyyət hissinin dərk edilməsi üçün müxtəlif maarifləndirmə kampaniyaları vasitəsilə insanların məlumatlandırılması fikri dəstəklənib.
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
















