Qobustanda məhkumlarda və əməkdaşlarda koronavirus aşkarlandı

Aparılan testlər nəticəsində avqustun 29-da 188 nəfərdə yoluxma halı qeydə alınmaqla, ölkə üzrə koronovirusla yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.
Aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Nəticədə 5 nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.
Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilmiş və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Növbəti yoluxma mənbəyi “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










