Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı - VİDEO

Türkiyənin paytaxtında qorxunc hadisə qeydə alınıb. Belə ki, Sahibsizlər Fondunun rəhbəri Faruk Açık küçə heyvanlarını bəsləmək Üçün İmrahor vadisinə yollanarkən orada bir it cəsədi aşkarlayıb. Avtomobilindən düşüb irəli getdikdə isə zibil torbalarına doldurulan çox sayda ölü it leşi aşkarlayıb.
Hadisə yerinə dərhal hüquq mühafizəçilər cəlb olunub. Araşdırma zamanı 30-dan artıq itin pəncələrində intraket ilə damar yolu açıldığı müəyyən olunub.
Bu barədə “Haber Global” xəbər yayıb.
“Torbalara baxdıqda heyvanlar ayaqlarında bandajlar, damar yolları açıq vəziyyətdə idi. Kim və ya kimlər tərəfindən bura atıldığını bilmirik, ancaq bu heyvanlara zibil kimi davranılmasını və cəmiyyət tərəfindən təcrid olunmasını şiddətlə qınayırıq”, - deyə F.Açıq bildirib.
Təsərrüfat və Meşə Nazirliyinin Yerli Heyvanqoruma İdarəsinin nümayəndəsi Şafak Açıkalın belə hadisələrin ilk dəfə yaşanmadığını bildirib.
“Küçədə həmişə serumlu heyvanlar tapırıq. Bu serum işi nədir? Normal bir vətəndaş, yaxud cani durduğu yerdə “serum taxıb, mən bunu zəhərləyim”, - deməz, birbaşa öldürər. Heç kimi günahlandırmıram, amma mən özüm də serumlu, damar yolu açılmış pərişan vəziyyətdə it tapmışdım. Onu dərhal baytara apardım və o, müalicə olundu”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












