Quba yolunda "Mercedes" aşdı: 2 ölü, 2 yaralı

Bakı-Quba-Rusiya sərhədi yolunun 77-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Yolun Xızı rayonu hissəsində Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı maşının aşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Sərnişin daşıma ilə məşğul olan 1983-cü il təvəllüdlü sürücü, Ağdaş sakini Nürəddin Bahəddin oğlu Baxışov yaralanıb. Sərnişinlərdən 56 yaşlı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin sakini Məhəbbət İsa qızı Şahbazova və hələlik kimliyi məlum olmayan sərnişin ölüb. Məhəbbət Şahbazovanın azyaşlı oğlu isə yaralanıb. Yaralılar Siyəzən rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır. anspress
***
Bakı-Quba-Rusiya sərhədi yolunda baş vermiş avtoqəzanın təfərrüatları və ölənin kimliyi məlum olub. Yolun 77-ci kilometrliyində "Mercedes" markalı maşının aşması nəticəsində ölən sərnişin Rusiya vətəndaşı 1957-ci il təvəllüdlü Quseynov Qamil Şakir oğludur. Yaralanan azyaşlı isə Rusiya vətəndaşı 1993-cü il təvəllüdlü Quseynov Şakir Qamil oğludur. Onlar Rusiyadan Azərbaycana, Xaçmaza qonaq gəliblərmiş.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












