Qubada körpü qəzalı vəziyyətə düşüb, gediş-gəliş çətinləşib - VİDEO

Qubada körpü çökən əraziyə rayon Fövqəladə Hallar Komissiyasının və digər qurumların nümayəndələri gəlib.
Avtosfer.az xəbər verir ki, körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyev İbrahimov mediaya açıqlama verib.
O bildirib ki, hadisə Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Birinci və İkinci Nügədi kəndləri sərhədində, ümumi uzunluğu 101 metr, eni isə, 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb.
“Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Alternativ yollar var, Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır.”, o bildirib.
***
Qubada körpü çöküb, 30-dan çox kəndin yolu bağlanıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çökərək təhlükəli vəziyyətə düşüb.
Hazırda körpü bağlanıb və rayonun 30-dan çox kəndi ilə əlaqə kəsilib.
***
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, əraziyə AAYDA-nın 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpüdə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. “Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər”, - o qeyd edib.


Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










