Qubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü:
“Hazırda həmin dayağın bərpası işləri icra olunur. Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə Agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”.
A. Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.
Xatırladaq ki, aprelin 23-də intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəticədə Qubanın 30-dan çox kəndinə gediş-gəliş çətinləşib.
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












