Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb

Quba rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
Avtosfer.az-ın məlumatına görə, mərasimdə Mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Milli Məclisin deputatları, diplomatik korpusun, dini konfessiyaların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksdə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək önünə gül dəstələri düzüblər.
Anım mərasimi soyqırım qurbanlarının xatirəsinə həsr edilən foto və kitab sərgiləri nümayiş olunması ilə davam edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












