Qubada yol açılışında ölüm

Bu gün Quba rayonunda qəribə ölüm hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, saat 12:30 radələrində yeni tikilən Quba-Kupçal-Dələduz yolunun açılış mərasimi keçirilib. Mərasimdə rayon icra başçısı, rayonun baş həkimi, millət vəkilləri və ziyalılar iştirak edib. Tədbirdə çıxış edənlr arasında Kupçal kəndinin ən yaşlı sakini 80 yaşlı Həmid Rizvanov da olub. Həmid Rizvanov çıxışında qeyd edib ki, uzun zamandır bu kənd yol üzünə həsrət olub. “Bu bizim üçün çox yaxşı hədiyyədir. Biz çox sevinirik. Mən bu kəndin ən yaşlı sakiniyəm. Sevinirəm ki, bundan sonra yeni yolumuz olacaq”, - deyən Həmid Rizvanov çıxış edərkən qəfil yıxılıb. Ona baş həkim köməklik etmək istəsə də, buna nail olmayıb. Həmid Rizvanov dünyasını dəyişib. Onun infarkt keçirdiyi bildirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












