Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq

“Ermənistandakı canilər, separatçılar və radikallar seçkilərdən əvvəl fəallaşıblar, ittifaq yaradırlar”. Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə səsləndirdiyi fikirləri Teleqraf-a şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.
Ekspert bildirib ki, həmin radikal qüvvələr Rusiyadan da dəstək alır və Azərbaycan əleyhinə açıqlamalar verirlər:
“Yenə də çıxışlarında “Artsax” ifadəsinə yer verirlər. Düzdür, “müharibə” sözünü işlətməkdən qorxurlar, amma söyləyirlər ki, guya bu şərtlərlə Azərbaycanla sülh sazişinin imzalanması doğru deyil, Ermənistanın öz şərtləri olmalıdır. Buna görə də, Prezident İlham Əliyev haqlı olaraq xəbərdarlıq edir, həm də erməni cəmiyyətinə mesaj göndərir ki, bu radikallar seçilsələr və dediklərini etməyə başlasalar, sizi ağır günlər gözləyir. Bu o mesajdır ki, biz müharibə istəmirik, amma yenə də təxribat olarsa, buna məcbur olacağıq, nəticədə övladlarınızı və ərazilərinizi itirəcəksiniz. Ciddi mesajdır, həm radikallara, həm də erməni cəmiyyətinə yönəlib.

Erməni cəmiyyəti doğru qərar verməlidir. Nikol Paşinyanın özü də bu istiqamətdə açıqlamalar verir. Paşinyan artıq bəyan edib ki, radikallar Ermənistanda hakimiyyətə gəlsələr, müharibə təzədən başlayacaq. İndi erməni cəmiyyəti duruma uyğun seçimini etməlidir: Azərbaycan və Türkiyə ilə əməkdaşlığı - sülhü, yoxsa bu radikalları seçəcək? Sonuncunu seçsələr, müharibə və ağır itkilərlə üzləşəcəklər”.
Ermənistan cəmiyyətinin iyunun 7-də keçiriləcək parlament seçkilərində mümkün seçiminə gəlincə, Elxan Şahinoğlu vurğulayıb:
“Hazırda seçki kampaniyası gedir, seçki iştirakçıları şəhər və kəndlərdə vətəndaşlarla görüşürlər. Belə bir yanlış görüntü də yaradıla bilər ki, guya radikallara dəstək var, mitinqlərə kimlərsə qatılır, amma susqun çoxluq da var. Həmin kəsim hələ qərar verməyib. Onların bir hissəsi yola Paşinyanla davam etmək istəyir, çünki müharibə istəmir.
Rəy sorğularına görə, cəmiyyətin 25-30 faizi hələ qərar verməyib. Seçkilərin nəticələri onlardan asılı olacaq. Məntiqləri varsa, Paşinyanla yola davam edərlər, amma erməni cəmiyyəti hələ də köhnə xəstəliyindən qurtulmayıbsa, onda radikalları seçəcək. Bu halda bölgənin yenidən müharibəyə sürüklənəcəyini proqnozlaşdırmaq olar”.
Azərbaycan dövlət başçısı Zəngilan sakinləri ilə görüşdə bəyan etmişdi ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsələr, o zaman Ermənistan xalqının başı dərddə olacaq:
“Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz buna görə bu gün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də birə-on artdı”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












