Ramil Usubov ev payladı

Respublika Günü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Sonra general-mayor Şahin Məmmədov çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri, bunun Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş, hərbi qulluqçular adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, inşasına 2011-ci ilin oktyabr ayında başlanıb 12 mərtəbəli yeni kompleksin uşaq bağçası da daxil olmaqla, ümumi sahəsi 9500 kvadratmetrdir. Binada ümumilikdə 102 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilib.Daha sonra daxili işlər naziri Ramil Usubov çıxış edərək tədbir iştirakçılarına ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb, yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik edib, onlara xoşbəxtlik, cansağlığı və uğurlar arzulayıb. Nazir deyib ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilib.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












