Ramil Usubov məzunların buraxılış mərasimində iştirak edib

İyulun 9-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə Döyüş Bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim keçirilib. Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Daxili işlər naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş döyüş bayrağını Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədova təqdim edib.
Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək respublikamızda milli hərbi kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımların atıldığını, bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin göstərişilə səkkiz il öncə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin yaradıldığını vurğulayıb Daha sonra çıxış edən nazir Ramil Usubov bildirib ki, Daxili Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilib. Daxili işlər naziri Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd etmiş, şəxsi heyətin yüksək döyüş hazırlığına görə Daxili Qoşunların Komandanlığına minnətdarlığını bildirib. Nazir Daxili Qoşunların torpaqlarımızın müdafiəsində fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini, sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olduğunu məmnunluqla vurğulayıb.
Qeyd olunub ki, son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bakı qarnizonunda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə abadlıq-quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, o cümlədən əsgər kazarmaları tikilmiş, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış kompleksləri istifadəyə verilib.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












