Ramil Usubov püşkatma yolu ilə yeni rəislər təyin etdi

Oktyabrın 30-da Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev bu gün Nazirliyə paytaxt polisinin sıralarında xidmət edən 25 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
Ramil Usubov məzunları təbrik edib, onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.
Püşkatmada iştirak etmiş iddiaçılar daxili işlər nazirinin müvafiq əmrləri ilə Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunublar.
Emin
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










