Ramil Usubov yol-patrul xidməti alayına komandir təyin etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisinin (DYP) rəhbər heyətində kadr dəyişikliyi edib. Bir müddət əvvəl təqaüdə göndərilən paytaxt DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə təyinat həyata keçirilib. Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair xəbərlər yer alsa da, sonradan N. Piriyevin yaşı ilə bağlı təqaüdə göndərildiyi bəlli oldu. (Aznews.az)
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












