Ramil Usubovun yeni müavini şəxsi heyətə təqdim olundu

Azərbaycan daxili işlər nazirinin yeni müavini, polis general-mayoru İsmət Rəşid oğlu Əliyev şəxsi heyətə təqdim olunub. İsmət Əliyev şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib.
Qeyd edək ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamı ilə görə təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub. İsmət Əliyev 2009-cu ilə qədər Baş Dövlət Yol Polisində birinci müavin işləyib. 2009-cu ildə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə rəis təyin olunub. Keçmiş idmançı olan İsmət Əliyevin atası Rəşid Əliyev Azərbaycanın tanınmış sərbəst güləş məşqçisi olub.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












