Ramiz Mehdiyevin köməkçisi azadlığa çıxdı - Yol qəzasına düşərək söyüş söyübmüş
Gündəm
14 Mart 2022 18:37

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov bu gün azadlığa çıxıb. “Qafqazinfo” E.Əmirovun həbsinin təfərrüatları ilə bağlı məlumatı əldə edib. Belə ki, həbsindən öncə E.Əmirovun sərnişin kimi əyləşdiyi avtomobil Bakının Yasamal rayonunda hərəkətdə olarkən digər avtomobillə toqquşub. Daha sonra o, digər maşında olan şəxslərlə mübahisə edib, sonra onları təhqir etməyə başlayıb. Məlum olub ki, E.Əmirov hadisə yerinə gələn polisin qanuni əmrinə tabesizlik göstərib. Ona görə də onun barəsində fevralın 15-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs qərarı verilib. E.Əmirov barəsində seçilmiş həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov təsdiq edib.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə də onun köməkçisi olub.
Oxunub : 2338
DİGƏR XƏBƏRLƏR
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
23 Noyabr 2026 20:15
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
23 Noyabr 2026 18:54
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
23 Noyabr 2026 17:46
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
ŞƏRH YAZ













