Rayon maşınlarına qoyulmuş qadağa Bakıda sıxlığı azaldıb

Avropa Oyunları ərəfəsində şəhər nəqliyyatına tətbiq edilmiş məhdudiyyətlərin bəziləri oyunlardan sonra da tətbiq edilə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-in əməkdaşı ilə söhbətində nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov bildirib. “Məsələn, əyalət avtomobillərinin paytaxta buraxılması üzrə məhdudiyyətləri iyunun 28-dən sonra da tətbiq etmək mümkündür”,- deyə ekspert vurğulayır. Məntiq aydındır - Avropa Oyunları ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nəticəsində şəhərdə tıxaclar demək olar ki, sıfıra enib. Həmçinin şəhər havasının ekoloji durumu da xeyli yaxşılaşıb.
“Hər gün regionlardan Bakıya 100 minə qədər avtomobil gəlir. Bu, şəhərin mərkəz hissəsində olan avtomobil sıxlığını 40 faizə qədər artırır. Rəsmi statistikaya görə, Bakıda 800 minə yaxın avtomobil qeydiyyatdadır. Amma onların yalnız 100 - 150 mini yollarda hərəkətdə olur. Buna görə də rayonlardan daxil olan 100 min avtomobil şəhər mərkəzindəki sıxlığa ciddi təsir göstərir. Çünki rayonların Bakı ilə əlaqələri həddindən yüksəkdir”,- deyə Azər Allahverənov bildirir.
Variant aydındır. Ekspert Bakı-Ələt yolunda və Xırdalan dairəsində hazırda pulsuz fəaliyyət göstərən dayanacaqların işini Avropa Oyunlarından sonra da davam etdirməyi məsləhət görür:
“Oyunlardan sonra rayon maşınlarını çox ucuz qiymətə, məsələn sutkası 1 manata orada saxlamaq olar. Həm də həmin dayanacaqlara çox əlverişli şəhər nəqliyyatı marşrutları çəkmək olar ki, adamlar çox asanlıqla lazımi ünvanlara çata bilsin. Yəni adamlar tıxaclarda benzin yandırmaqdansa avtomobili dayanacaqda qoyub lazımi ünvana ictimai nəqliyyatla getməyi daha sərfəli saymalıdırlar”.
Ekspertin sözlərinə görə, Azərbaycan paytaxtında əyalət maşınları Bakı platosunda yerləşən mərkəz hissəsinə yalnız axşam saat 20-dən səhər saat 6-ya qədər çıxa bilərlər.
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI










