Rayonlara gediş-gəliş bağlanır?

"Rayonlara gediş-gəlişin artması, insanların bir yerdən, digərinə miqrasiyasının sürətlənməsi koronavirusun da miqrasiya etməsinə gətirib çıxaracaq".
Avtosfer.az modern.az-a istinadən bildirir ki, bu barədə Novruz bayramı ilə əlaqədar insanların rayonlara gediş-gəlişinin artmasından danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat qeyd edib ki, Novruz bayramı ilə əlaqədar insanların gediş-gəlişi də artıb:
"Novruz çərşənbələrində "Qara bayram"la əlaqədar qəbir üstünə gedənlər, ölənləri ziyarət edənlər çox oldu. Bu il Vətən Müharibəsində şəhid olan hərbçilərimizin məzarlarına kütləvi ziyarətlər də oldu. Ona görə, bu kimi kütləvi tədbirlər virusa yoluxmanın artmasına səbəb oldu. Bu bizi çox narahat edən məsələdir. Artıq gündəlik yoluxma 1500-ə çatır. Məsuliyyət hissimiz artmalıdır. Rayonlara gediş-gəlişin saxlanması o demək deyil ki, maska taxmayaq, məsafəni gözləməyək, vaksinasiya olunmayaq. Arzulamarıq ki, sərt karantin geri qayıtsın. Lakin bu templə yoluxma artsa, hökumət ciddi addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. İndi yeni - "Britaniya ştammı" da aşkarlanıb. Qoruyucu tədbirləri gücləndirməli, məsuliyyətli olmalıyıq. Kütləvi toplaşmadan qaçmalı, vaksinasiyaya qoşulmalıyıq.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












