"Regionlardan gələn sürücülər və taksi sürən tələbələr tıxaclara səbəb olurlar"

"Regionlardan taksi fəaliyyəti ilə məşğul olmağa gələnlər və taksi sürən tələbələr Bakıda tıxaclara səbəb olurlar".
Avtosfer.az xəbər verir ki, bunu Referans.az- a açıqlamasında nəqliyyat üzrə ekspert İlqar Hüseynov deyib.
Ekspert bildirir ki, Bakı həddindən artıq yüklənmiş şəhərdir. Bu proses qeyri-təbii urbanizasiyaya görə baş verib:
"Regionlarda kiçik və orta sahibkarlığın, Bakıda neft, aqrar sektorun inkişafı ilə bağlı əngəllər, problemlər, maneələr qalmaqda davam edir. Regionlardan Bakı şəhərinə vətəndaşlarımızın çox böyük axını var. Onlar ən tez əl çatan xidmət sektoru olan taksi xidmətinə üstünlük verirlər. Taksilərin sayı durmadan artır və insanlar çıxış yolunu bu xidmətdə axtarırlar. Ona görə də Bakı şəhəri normadan artıq yüklənir. Dünyanın hər yerində urbanizasiya prosesi var. Əfsuslar olsun ki, Bakıda sənaye də o qədər də inkişaf eləməyib ki, insanlar gəlib fabriklərdə, zavodlarda çalışsınlar".
İlqar Hüseynov deyir ki, tələbələr dərsdən sonra sürücülüklə məşğuldular. Bu da taksilərin sayını durmadan artırır və nəticədə tıxacların yaranmasına səbəb olur:
"Bu vəziyyət deyərdim ki, geniş vüsət alıb. Bir azdan dərslər bağlanacaq və hesablamışıq ki, nəqliyyatın intensivliyində 20 faiz azalmalar müşahidə ediləcək. Ölkə xaricinə səyahətə gedənlər, bağlara köçənləri də bura daxil eləmək olar. Sentyabrdan eyni vəziyyət davam edəcək".
Nəqliyyat eksperti əlavə edib ki, tıxaclardan can qurtarmağın bir yolu da bir neçə mərtəbəli yol ötürücülərinin quraşdırılmasıdır:
"Bu məsələni həll edə bilər. ABŞ, Çin, Tayvandan belə praktika var. Yüngül konstruksiyalarla eskadalar üzərində qurulan yolların salınması tıxaclara müsbət təsir edə bilər".
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










