Rəmişin həyat yoldaşı yalan danışıb - FOTOFAKT

Mərhum Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) arvadı Gülü Hüseynova bu gün jurnalistlərə özünün və həyat yoldaşının koronavirusa yoluxmadığı ilə bağlı açıqlama verib.
Lent.az Xalq artistinin və həyat yoldaşının koronavirusa yoluxmasına dair rəsmi faktlar əldə edib.
Bakı Sağlamlıq Mərkəzindən verilən məlumata görə, onların koronavirusa yoluxmuş Gülü Hüseynovanı məcburi xəstəxanaya cəlb etmək səlahiyyətləri yoxdur.
“Gülü Hüseynova koronavirus xəstəsidir və onun insanlar üçün təhlükəli olması barədə TƏBİB-ə məlumat verilib. Məlumatda COVID-19 xəstəsinin xəstəxananı tərk etdiyi bildirilib. Həm bizim xəstəxanada, həm də TƏBİB-in klinikalarında Xalq artistinin və həyat yoldaşının koronavirus testi müsbət çıxıb. Hər ikisi COVID-19 xəstəsi olub və xəstəxananın müvafiq bölməsinə yerləşdiriliblər”.
Mərkəzdən həmçinin bildirilib ki, Rafiq Hüseynov vəfat edən zaman xanımına xəstəxananı tərk etməməsi ilə bağlı məlumat verilib:
“Həmin an Xalq artistinin həyat yoldaşı sərt reaksiya verərək xəstəxana rəsmilərini dinləmədən buranı tərk etdi. Klinik olaraq Gülü xanım ağır koronavirus xəstəsi deyil. Lakin buna baxmayaraq, təcili şəkildə aidiyyəti qurumlara, TƏBİB-ə xəbər verdik ki, koronaviruslu şəxs xəstəxananı tərk edib”.
Bakı Sağlamlıq Mərkəzindən o da bildirilib ki, mart ayının 27-də Rafiq Hüseynov və Gülü Hüseynovadan Bakı Sağlamlıq Mərkəzində yaxmalar və analiz götürülüb. Cavab isə müsbət çıxıb:
“Biz daha dəqiq nəticə əldə etmək üçün martın 29 və aprelin 3-də götürülən yaxma və analizi TƏBİB-in “Yeni klinika”sına göndərdik. Cavab yenidən müsbət çıxdı”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














