Rəngli maskalarda ölümcül təhlükə - XƏBƏRDARLIQ

Koronavirusdan qorunmaq üçün istifadə edilən rəngli maskalar allergik reaksiyalara səbəb olur.
Aksessuar kimi taxılan rəngli və bəzəkli maskalar sağlamlığımız üçün təhlükəlidir. Mütəxəssislər rəngli maskalarda ölüm riskinin olması ilə bağlı insanlara xəbərdarlıq edir.
Türkiyəli həkim Kübra Topal bildirib ki, maska tərkibindəki kimyəvi maddələrə görə, allergiyaya səbəb ola bilər: "Qaşınma, eqzama, qızartı kimi hallara səbəb ola bilir. Amma bu problem daha da artarsa, "anafilaksi" (allergik şok) dediyimiz yəni nəfəs dayanmasına gətirib çıxarır. Bir çoxlarımız tibbi maskalardan istifadə edir, digəriləri isə N95 dediyimiz qoruyucu maskalardan. Bunun qoruyuculuğu daha çoxdur. Bir də insanların istifadə etdiyi, yuyula bilən maskalar var. Bütün bu maska növlərində allergiya yarana bilər. Əgər nəfəsdə xırıltı, nəfəsalmada çətinlik, dildə və ya boğazda şişmə, şişmə hissi, udqunmada çətinlik kimi hallar olarsa, mütləq həkimə getməlisiniz. Əgər cərrahi maskalara qarşı allergiyamız varsa, cərrahi maskanı taxmazdan əvvəl mütləq pambıq bir bezi maskanın altından taxa bilərsiniz. Yuyula bilən masklarda isə daha çox maskanın üzərində qalan yuyucu vasitə allergiyaya səbəb olur. Buna görə də maskalarımızı yuduqdan sonra yaxşıca durulamaq lazımdır. Maskalar 90 faiz bizi virusdan qoruyar. Maskanı taxmadan virusdan qorunmaq mümkün deyil. Bəlkə də vurduğumuz vaksinlərin bu qədər qoruyuculuğu yoxdur". /medicina.az
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










