Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi innovativ cəmiyyətə gedən yolda əsas amil olan rəqəmsal transformasiya konsepsiyasını hazırlayıb.
Avtosfer.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib. R.Rüstəmovun sözlərinə görə, müasir innovasiya məkanının yaradılması hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir və bu, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” proqramında öz əksini tapıb. “Rəqəmsal transformasiyaya nə daxildir? Birincisi, rəqəmsal texnologiyalar vasitəsilə daha yaxşı xidmətlər və daha yaxşı idarəetmə təmin edən rəqəmsal hökumət, ikincisi, prosesləri avtomatlaşdırmağa, rəqəmsal məhsullar yaratmağa və daha dəqiq proqnozlar verməyə imkan verən rəqəmsal iqtisadiyyat və nəhayət, üçüncüsü, insanların rəqəmsal bacarıqlara malik olduğu, sahibkarların açıq məlumatlara çıxış əldə etdiyi və açıq məlumatlara əsaslanan innovasiyalar vasitəsilə dəyər yaradılan rəqəmsal cəmiyyətə gedən yol”, - R.Rüstəmov söyləyib. Nazir müavini hesab edir ki, bu, kifayət qədər uzun, çoxmərhələli prosesdir və bunun üçün rəqəmsal transformasiya konsepsiyası, müasir İT infrastrukturu və ixtisaslı kadrlar lazımdır. Həmçinin rəqəmsal infrastrukturun kibertəhlükəsizliyinin təmin edilməsi və bütün bu proseslərin idarə olunması, əlaqələndirilməsi və tənzimlənməsi tələb olunur. “Nazirlik bütövlükdə cəmiyyətin rəqəmsallaşmasını nəzərdə tutan bu proses üçün optimal konsepsiya hazırlayıb: vətəndaşların rəqəmsal bacarıq və vərdişlərinin təkmilləşdirilməsi, biznesin rəqəmsallaşmasının təşviqi, İKT sahəsində tənzimləmə mexanizmlərinin kompleks şəkildə inkişaf etdirilməsi. Konsepsiya müxtəlif dövlət strukturları ilə razılaşdırılma mərhələsindədir”, - R.Rüstəmov qeyd edib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












