“Rəqəmsallaşma alternativ xəbər mənbələrinin yaranmasına zəmin yaradır” - Nazir müavini

Rəqəmsallaşma, medianın ictimai nəzarət və şəffaflıq kimi sosial funksiyalarını gücləndirməklə yanaşı, alternativ xəbər mənbələrinin yaranmasına zəmin yaradır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən forumda deyib.
Onun sözlərinə görə, bu, cəmiyyətin informasiya çıxışını da təmin edir: “Son 4 il ərzində İKT və nəqliyyat sahələrində aparılan islahatlar nəticəsində xidmət keyfiyyətində və idarəetmənin səmərəliliyində nəzərəçarpacaq dəyişikliklər baş verib".
Nazir qeyd edib ki, Azərbaycanda nəqliyyat sektorunda son illərdə aparılan dəyişikliklər sadəcə fiziki infrastrukturun yenilənməsi deyil, xidmət keyfiyyətinin yüksəldilməsi və iqtisadi artımın sürətləndirilməsinə xidmət edir: “Daha çevik, koordinasiyalı və effektiv idarəetmə modelinin formalaşdırılması məqsədilə ölkə başçısının sərəncamı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradılıb: “AZCON-un yaradılması nəqliyyat və İKT sektorları arasında sinerjinin gücləndirilməsinə, iqtisadi səmərəliliyin artırılmasına və maliyyə dayanıqlığının təmin olunmasına xidmət edir".
R.Hümmətov vurğulayıb ki, bugünkü Forum ictimai proseslərdə medianın artan rolunu müzakirə etmək üçün önəmli bir platformadır: "Ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan mühüm addımlar media məkanının davamlı inkişafına və müasir tələblərə uyğunlaşmasına şərait yaradır. Bu yaxınlarda uğurla başa çatmış “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin genişzolaqlı internetlə tam əhatə olunması informasiya əlçatanlığını xeyli artırıb, hətta ucqar bölgələrdə də yaşayan vətəndaşların müxtəlif mənbələrdən operativ məlumat almasına şərait yaradıb”.
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












