Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”.
Avtosfer.az xəbər verir ki, bu barədə onun vəkili Tatevik Soqoyan mətbuat konfransında bildirib.
Vəkil qeyd edib ki, Köçəryanın təkadamlıq kamerada saxlanılır və digər şəxslərlə ünsiyyətə icazə verilmir.
“Qohumlarının ona baş çəkmək hüququ olsa da, hətta deputat oğlu Levon Köçəryanın da ziyarətlərinə maneələr yaradılır, baxmayaraq ki, statusu ona cəzaçəkmə müəssisəsinə maneəsiz daxil olmağa imkan verir”, - Soqoyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.\\teleqraf
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












