Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI

Politoloq Elxan Şahinoğlu Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlamasına münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Alen Simonyan bildirib ki, İrəvan Bakıda saxlanılan sonuncu erməni vətəndaş azad olunaraq ölkəsinə qayıdana qədər fəaliyyətini davam etdirəcək.
Elxan Şahinoğlu isə hesab edir ki, bu bəyanat daha çox daxili auditoriyaya hesablanıb və erməni ictimaiyyətinə mesaj xarakteri daşıyır. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu cür açıqlamalarla guya saxlanılan şəxslərin azad olunması istiqamətində fasiləsiz çalışdığı görüntüsünü yaratmağa çalışır.

Politoloq bildirib ki, xüsusilə Ruben Vardanyan məsələsi Ermənistan hakimiyyəti üçün həssas mövzudur. Şahinoğlunun fikrincə, Vardanyanın azadlığa buraxılması və Ermənistana qayıtması ölkədaxili siyasi balansı dəyişə və hakimiyyət üçün əlavə risklər yarada bilər.
Ruben Vardanyan maliyyə və siyasi imkanları olan fiqur kimi Ermənistanın daxili siyasi proseslərinə təsir göstərmək potensialına malikdir. Onun sözlərinə görə, belə bir ssenaridə Vardanyanın müxtəlif siyasi qüvvələrlə əməkdaşlıq etməsi və hakimiyyətə qarşı fəallaşması ehtimalı istisna edilmir.
Elxan Şahinoğlu hesab edir ki, qarşıdan gələn siyasi proseslər və mümkün parlament seçkiləri fonunda bu mövzu Ermənistan daxilində əlavə gərginlik yarada bilər. Politoloqun qənaətincə, Alen Simonyanın açıqlamaları rəsmi İrəvanın mövqeyini ifadə etsə də, proseslərin arxa planında daha mürəkkəb siyasi hesablamalar mövcuddur.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi İrəvanın və digər tərəflərin mövqeyi müxtəlif platformalarda səsləndirilməkdə davam edir.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












