Rubl sərhəddə "tıxac" yaratdı; millət Rusiyaya axışır - VİDEO

Rublun dəyərdən düşməsi Rusiyaya alış-verişə gedənlərin sayını artırıb. ANS-in məlumatına görə, ölkədə Rus rublunun dəyərinin aşağı düşməsilə əlaqədar Qusarın Rusiya- Azərbaycan sərhədində yerləşən Samur keçid məntəqəsindən Rusiyaya getmək istəyən sərnişinlərin sayı artıb və sıxlıq müşahidə olunur. Hazırda keçid məntəqəsinin girişində minik avtomobillərinin növbəsi müşahidə olunur. Rus rublunun kəskin ucuzlaşması bu ölkədə sərfəli alış-veriş imkanı yaratdığından azərbaycanlılar ticarət etmək məqsədilə Rusiyaya üz tutur. Sərhədi keçən vətəndaşlar arasında apardığımız sorğu zamanı onlar Dağıstana əsasən ərzaq məhsulları gətirmək üçün getdiklərini bildirdi.
Rusiyaya gedən Abbasəli Rzaxanov deyir ki, Rus rublunun düşməyi ilə əlaqədar insanlar özləri üçün ərzaq almağa gedirlər.
Samur keçid məntəqəsində də son günlər burada sıxlıq yarandığını təsdiqlədilər. Məntəqədən həmçinin avtomobil və sərnişinlərin qonşu ölkəyə normal qaydada buraxıldığını dedilər. NK- nin 14 oktyabr 2013 cü il tarixli qərarına görə, isə ölkəyə idxal üçün hər vətəndaşa 10 kq qarışıq ərzaq məhsulları gətirməyə icazə verilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












