Rusiya Müdafiə Nazirliyinə etiraz: “Dağlıq Qarabağ” ifadəsi qəbuledilməzdir"
Gündəm
7 Mart 2022 18:22

"Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir". Avtosfer.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur: "Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub. Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır".,
Oxunub : 854
DİGƏR XƏBƏRLƏR
4 Oktyabr 2026 11:08
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
3 Oktyabr 2026 15:45
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
3 Oktyabr 2026 14:00
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
3 Oktyabr 2026 11:24
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
ŞƏRH YAZ











