Rusiya-Ukrayna görüşündən ilk görüntülər - Video + Yenilənir

Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.
“Qafqazinfo”nun məlumatına görə, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.
Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.
***
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “RİA Novosti”yə bildirib ki, Ukrayna nümayəndə heyəti hələ Belarusda danışıqlara gəlməyib: “Danışıqlar hələ başlamayıb, Rusiya nümayəndə heyəti gözləyir”.
Onun sözlərinə görə, danışıqlar Bakı vaxtilə 13:00-da başlayacaq.
***
Ukrayna Prezidentinin ofisi Ukrayna tərəfindən danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb. Məlumata görə, heyətin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, müdafiə naziri Aleksey Reznikov, Prezidentin ofis rəhbərinin müşaviri Mixail Podolyak, Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, millət vəkili Rüstəm Umerov və Ukraynanın XİN rəhbərinin müavini Nikolay Toçiçkiy daxildir.
***
Ukrayna Ali Radasının mətbuat xidmətinin məlumatına görə, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi məkana gəlib.
***
“Sputnik Belarus” xəbər verir ki, tərəflər arasında görüş başlayıb.
***
“Belta” agentliyi görüşdən canlı yayım etməyə çalışsa da, buna icazə verilməyib.
***
“RİA Novosti”nin məlumatına görə, Belarusun xarici işlər naziri Vladimir Makey danışıqlarda iştirak edir.



İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












