Rusiyada 18 sərnişini öldürən erməni sürücü cəzalandırıldı – 7 il

Moskvanın Troisk məhkəməsi Ermənistan vətəndaşı Qraç Arutyunyanı 7 il azadlıqdan məhrum edib. Rusiyada 18 sərnişinin ölməsi ilə nəticələnən dəhşətli qəzanı törədən sürücü haqda yekun qərar bu gün elan edilib. Müqəssir Rusiya Federasiyası cinayət məcəlləsinin 264 (Yol hərəkəti qaydalarının pozulması), 327 (saxta sənədlər) maddələri ilə ittiham edilib. Cəzasını o, ümumi rejimli koloniyada çəkəcək. Həmçinin ona 3 il nəqliyyat vasitəsini idarə etmək qadağan edilib. Məhkəmənin hökmündən göründüyü kimi, yol hərəkəti qaydalarının pozulmasında və nəqliyyat vasitələrinin istismarında Arutyunyanın günahı tamamilə sübut edilib. "Arutyunyan qeyd olunmamış tranzit nömrələrlə nəqliyyat vasitəsini idarə edib, yol hərəkət qaydalarını kobud şəkildə pozub və ona riayət etməyib, təhlükəli sürəti seçib, diqqətli olmayıb, yolu keçən nəqliyyat vasitəsinə güzəşt etməyib", - deyə hakim elan edib.
Həmçinin hökmdə qeyd edilir ki, Arutyunyan idarə etdiyi "KAMAZ"ın əyləc sisteminin nasazlığı haqqında məlumatlı olub.
46 yaşlı erməni bu qəzaya kimi 6 dəfə yol hərəkəti qaydalarını pozub.
Qeyd edək ki, iyulun 13-də Moskva ətrafı Podolsk şəhərində "KamAZ" markalı yük maşını avtobusa çırpılaraq onu iki yerə bölmüşdü. Sərnişinlərin çoxu aşan yük maşınında olan çınqıl daşların altında qalaraq həlak olmuşdu. Ermənistan vətəndaşı həmin hadisədən sonra həbs edilib. Qraç Arutyunyan məhkəmə qarşısına qadın xalatı və çimərlik ayaqqabısında çıxarılması ilə yadda qalıb.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
















