Rusiyada verilən sürücülük vəsiqəsində "Dağlıq Qarabağ" izi

Sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi barəsində xəbər verilmişdi. Avtosfer.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında Azərbaycanın Rusiya Federasıyasındakı Səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib: "Rusiya Xarici İşlər Nazirliyindən daxil olmuş notada Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur, E.B.Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır".
H.Hacıyev bildirib ki, notada həmçinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir.
Notada E.B.Arzanqulyanın, müəyyən edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR DQMV-nin nəzərdə tutulduğu bildirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












