Rusiyada yol qəzasında 6 azərbaycanlı yaralandı

Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb. APA-nın “sevkavportal.ru” saytına istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saat 06.00 radələrində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib. “Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır. Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və “VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub. Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib. F.Yarıyev bildirib ki, yaralılar mikroavtobusun sürücüsü və Azərbaycan vətəndaşı olan 5 nəfər sərnişini, eləcə də mikroavtobusla toqquşan “Jiquli”nin 2 sərnişinidir. Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:
Əliquliyev Sərəddin Amir oğlu,
Qurbanova Urbiyyə Zülfüqar qızı,
Rüstəmli Əsədulla Bəhlul oğlu,
İbadlı Xamir Ehtiram oğlu,
Abışov Rəis Baloğlan oğlu.
Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF










