Rusiyadan Azərbaycana gələnlər dəhşətli qəzaya düşdülər

Balakən rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Meşəşanbul kənd sakini, 1966-cı il təvəllüdlü Ramazan Əziz oğlu Drinçov idarə etdiyi “Mercedes “markalı, 99-CJ-806 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı beton işıq dirəyinə çırpıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Ramazan Drinçov, onun sərnişinləri- 1960-cı il təvəllüdlü Əli Ramazan oğlu Cücüyev, 1956-cı il təvəllüdlü Həlimət Ramazan qızı Varşayeva və 1962-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Hetayev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Balakən RMX-dan verilən məlumata görə qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Ramazan Dirçinovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb və araşdırma işi aparılır.
Qeyd edək ki, qəzaya düşənlər Rusiya Federasiyasının Mahaçqala şəhərindən Balakən rayonuna evlərinə gəlirlərmiş.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










