Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar, sülh yolu vasitəsilə həll olunması mövqeyində olub və bu mövqedə qalmaqdadır. Ancaq danışıqlara hər iki tərəf meylli olmalıdır”.
Bunu “Report”un Rusiya bürosuna Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyev deyib.
“Lakin son vaxtlarda Ermənistanın rəsmi hakimiyyətinin yalnız bir məsələyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin eskalyasiyasına səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Nəticə çox gecikmədi, danışıqlar prosesi pozuldu. Dağlıq Qarabağla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar başladı. Fikrimcə, münaqişəyə son qoymağın yeganə yolu Ermənistan tərəfindən qeyd-şərtsiz işğal altında olan torpaqlardan bütün hərbi qüvvələrin çıxarılması və sülh prosesinə başlanmasıdır, qaçqınların Dağlıq Qarabağ torpağına qaytarılması və bu ərazinin Azərbaycan daxilindəki taleyini müəyyən edəcək referendumun keçirilməsidir”, - rusiyalı deputat söyləyib.
“Heç kimə qan lazım deyil, heç kimə Qafqaz bölgəsində gərginlik lazım deyil. Beynəlxalq hüquq çərçivəsində aparılan münaqişənin sülh yolu ilə həllinə yönəlmiş tədbirlər, şübhəsiz ki, həm Rusiya, həm də dünya ictimaiyyəti tərəfindən dəstəklənəcək”, - D.Savelyev bildirib.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












