Rusiyalı ekspert: “Erməni terrorçu Azərbaycanda mühakimə olunmalıdır”

“Ermənistanda elə insanlar var ki, ötən ilin payızında baş verənləri qəbul edə və üçtərəfli bəyanatın imzalanmasından sonra yeni reallıqlarla barışa bilmirlər”.
Bunu tanınmış rusiyalı siyasi icmalçı Serqey Strokan Oxu.Az-ın suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, belə insanlar “qırmızı xətt”i keçərək ekstremist, terror hərəkətlərinə əl atmağa hazırdırlar.
“Belə insanlar olacaq, çünki onların şəxsiyyətini müəyyənləşdirmək olduqca çətindir. Bunlar “tənha terrorçu”lardır”, - deyə o əlavə edib.
Bununla belə, ekspert Ermənistan əhalisinin əksəriyyətinin sülh tərəfdarı olması və müharibə istəməməsini (hansı ki, cari ilin iyununda Ermənistan parlamentinə keçirilən seçkilər göstərdi) vacib amil adlandırıb.
Qeyd edək ki, rusiyalı ekspert artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib, gələn həftə isə ekspertlər qrupu ilə yenidən ölkəmizə gələcək. Müsahib bir neçə gün öncə Şuşa şəhəri yaxınlığında blokposta Azərbaycan hərbçilərinin yaralanması ilə nəticələnən hücumla və terrorçunun harada mühakimə olunması ilə bağlı fikirlərini bölüşüb.
“Mən hüquqşünas deyiləm, amma cinayət törətmiş şəxsə qanunsuz əməlin törədildiyi ölkənin ərazisində hökm vermək lazımdır. Baş verənləri siyasiləşdirmək lazım deyil. Biz ağır cinayət, terror aktından danışırıq. Terrorçular ciddi şəkildə cəzalandırılmalıdır”, - deyə o izah edib.
Yeri gəlmişkən, elə Daşaltı yaxınlığında posta hücum baş verən gün Şuşa şəhərinə gələn rusiyalı ekspertlər bildirmişdilər ki, Laçın dəhlizi ilə hərəkət edərkən nəzarətin təmin edilməsində Azərbaycan iştirak edə bilməlidir və ya ən azından Ermənistan vətəndaşlarının giriş-çıxışı ilə bağlı məlumatlar Azərbaycan tərəfinə ötürülməlidir.
“Baş verən insident cari mexanizmin incə düzəlişlərə ehtiyacı olduğuna işarə idi”, - deyən Serqey Strokan sözlərini yekunlaşdırıb.
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP
Azərbaycanda Milli Qurtuluş Günüdür
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO










