Rusiyalı politoloq: "Dağlıq Qarabağ uğrunda döyüşmək Azərbaycanın haqqıdır"

“Danışıqlar, ilk növbədə, Ermənistanın təqsiri üzündən pozulduğuna görə müharibənin bərpası labüddür. Ermənistan rəhbərlərinin mövqeyi açıq-aşkar danışıqları pozmağa yönəlmişdi”.
Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatları şərh edən rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dilə gətirib.
“Qarabağ qrupu hakimiyyətdən uzaqlaşdıqdan sonra hamı yeni rəhbərlərin bu məsələni həll etmək yolu ilə irəli gedəcəyinə ümid edirdi. Lakin seçkilər keçdi, heç bir dəyişiklik də olmadı”, – politoloq Ermənistandakı hadisələri şərh edib. “Hərbi əməliyyatların başlaması yalnız vaxt məsələsidir. Hamının yekdil fikrincə, Dağlıq Qarabağ uğrunda döyüş əməliyyatları aparmaq Azərbaycanın haqqıdır, çünki dünyanın bütün ölkələri Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, BMT də bu mənada qəti mövqeyini dəfələrlə ifadə edib. Rusiya da dəfələrlə bildirib ki, Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır”, – deyən politoloq Rusiyanın bu münaqişəni həll etməkdə tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib: “Həll yolu Rusiya tərəfindən çoxdandır təklif edilib. Bu, Kazan düsturunun əsasıdır”.
Bununla belə, ekspertin rəyincə, Rusiya KTMT vasitəsilə Ermənistan hökumətinə təsir göstərə bilməz: “Rusiya Ermənistan rəhbərliyini dəfələrlə azərbaycanla danışıqlar masasına əyləşin, Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarın, müvəqqəti sülh sazişi imzalayıb Dağlıq Qarabağın ümumi statusuna dair geniş danışıqlara başlayın deyə təklif edib. Ermənistan qulaq asmır. Ona görə də indi Rusiyanın Ermənistana dəstəyi məhduddur. Nikol Paşinyan da amerikanyönümlü, əks-Rusiya siyasətçi kimi tanınır. O, Sorosun adamıdır. Bizdə ona etimad etmirlər, amma Ermənistanın daxili işlərinə də qarışmırıq. Yəni erməni xalqının öz işidir, əgər Paşinyanı bəyənirlərsə, qoy Paşinyan olsun”.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












