Rusiyalı sürücülərdən inanılmaz fırıldaq – DİQQƏTLİ OLUN

Dünyanın müxtəlif ölkələrində intizamsız sürücülər cərimədən yayınmaq üçün bəzən xüsusi istedad nümayiş etdirirlər. Rusiya polisi keçirdiyi xüsusi reyd zamanı maraqlı fakt aşkar edib. Avtosfer.az-ın məlumatına görə, bəzi intizamsız «qoçaqlar» qonşu xarici ölkələrdə öz avtomobilləri ilə eyni modeldən olan eyni rəngdə avtomobil tapırlar. Onun dövlət qeydiyyat nişanını (nömrəsini) tam olaraq kopyalayırlar və Rusiyada öz avtomobillərinə vuraraq sürürlər. Belə avtomobilin kamera və radarla qeydə alınan qayda pozuntuları heç bir problemsiz bu nömrənin həqiqi sahibinə, yəni həmin xarici ölkəyə göndərilir. Özü də belə göndərmə Xarici İşlər Nazirliyi vasitəsilə edildiyindən çox vaxt orda-burda itib-batır. Rusiyadakı qoçaq da "dublikat" nömrə ilə şütüməkdə davam edir. Reyd zamanı 600 belə fakt aşkar olunub.
Qeyd edək ki, Azərbaycanda bu mümkün deyil, çünki bizim DYP xarici nömrəli avtomobili gündə 5 dəfə saxlayır və saxta nömrə elə ilk gün ifşa olunacaq.
Seymur
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












