Rusiyanın əməkdar həkimi: “Mümkün qədər çox insan peyvənd olunmalıdır”

“Mümkün qədər çox insan peyvənd olunmalıdır. Peyvənd aşılanmış hər bir fərdi COVID-19-un ağır formalı gedişatından qoruyur, kollketiv immunitetin lazımi səviyyədə olmasına və bu zaman itkilərdən yan keçməyə kömək edir”.
Bunu Rusiyanın Əməkdar həkimi, “Vrachu.ru” servisinin aparıcı elmi redaktoru Mixail Kaqan deyib.
Ekspert qeyd edib ki, kollektiv immunitet virusu çoxalma ehtimalından məhrum etməyə və pandemiyanı nəzarət altına almağa imkan verir: “Epidemiyaya nəzarət etmək üçün tələb olunan minimum kollektiv immunitet səviyyəsi ümumi əhalinin 70 %-ni təşkil edir. Ona təbii yolla nail olmaq böyük itkilərlə müşayiət olunur, digər yandan, vaksinasiya yüz mində bir insanda ciddi fəsadlar olmasını təmin edir. Bu, aydın şəkildə aşılanmanın lazım olduğunu sübut edir”.
M.Kaqan pandemiyanın nə vaxt başa çatacağını söyləməkdə çətinlik çəkib. Onun sözlərinə görə, bu daha çox qurban “axtarışına çıxan” virusla mübarizə tədbirlərinin nəticəsindən, daha əvvəl yoluxub sağalmış insanlara da sirayət edə biləcək yeni ştammların meydana gəlməsindən və peyvənd olunan, fərdi qoruyucu vasitələrdən istifadə edən və digər karantin tədbirlərinə riayət edən insanlardan asılıdır.
“Bu mübarizədə insanların virusu qabaqlaması və onu yayılmaq imkanından məhrum edərək məhv etməsi vacibdir”, - həkim vurğulayıb. (“Report”)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











