Rusiyanın VAKUUM bombası niyə dəhşətli sayılır? - VİDEO

Ukraynanın Sumı vilayətindəki Axtırka bölgəsinin meri Pavel Kuzmenko şəhərə rus ordusu tərəfindən “vakuum” aviasiya bombası atıldığını iddia edib.
Bu bombanın insanlara qarşı istifadəsi isə Cenevrə sözləşməsi ilə qadağan edilib.
Bəs görəsən “vakuum bombasının” təsir gücü nə qədərdir? Termobarik bomba və ya hər kəsin “vakuum bombası” kimi tanıdığı bu silah, nüvə bombalarından sonra ən güclü silah hesab olunur. Daha çox Rusiyada istehsal edilir. Minalanmış ərazilərdə keçidlər yaratmaq, helikopterlər üçün enmə sahələrini təmizləmək, rabitə mərkəzlərini məhv etmək və üçün də istifadəsi üçün nəzərdə tutulsa da, zaman-zaman bu silahdan insanlara qarşı istifadənin də şahidi oluruq. ”Vakuum bombasının” partlaması nəticəsində səsli hava partlayış dalğası və yüksək temperatur yaranır. Bu səbəbdən, partlayışdan sonra həmin ərazidə bitki örtüyü belə məhv olur. Lakin həmin ərazidə kimyəvi və ya radioaktiv çirklənmə müşahidə edilmir. Bu bombanın partlama radiusu 300 metrdir. Bombanın düşdüyü yerdə silah-sursatlar partlayır, insanların isə səs dalğasından bədənləri parçalanır. Qeyd edək ki, Rusiya Suriyadakı hərbi əməliyyatlar zamanı Hələbdə “vakuum bombasından” istifadə etmişdi. Nəticədə isə 20 nəfər ölmüşdü.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












