Rusiyaya gedən maşınlar Azərbaycan sərhədindən keçir - VİDEO

Gürcüstanın Rusiya ilə sərhəd ərazisində yerləşən Dəryal dərəsində baş vermiş torpaq sürüşməsi nəticəsində iki ölkə arasındakı “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsi fəaliyyətini dayandırmalı olub. ANS-in məlumatına görə, bu səbəbdən artıq 4 gündür ki, Rusiya istiqamətində və əks tərəfə hərəkət etməli olan vətəndaşlar alternativ yol kimi Azərbaycandan keçmək məcburiyyətində qalır. Bu isə ölkəmizlə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsində ilk günlərdə böyük sıxlığa səbəb olub. Məntəqənin Gürcüstan tərəfinin rəisi Zurab Kikaliyanın sözlərinə görə, ilk 3 gündə yaranan intensiv sıxlıq artıq aradan qalxmaq üzrədir. “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsinin rəisi Zurab Kikaliya deyir ki, bizim həmkarlarımızla yaranmış növbə məsələsini müzakirəmizdən sonra Azərbaycan tərəfi gücünü artıraraq avtomobilləri daha tez buraxmağa başladı və nəticədə bu hərəkətlilik azalmağa doğru getdi. Əvvəllər məntəqədə daha çox Azərbaycan və Gürcüstan nömrəli avtomobillər görünürdüsə, indi “Qırmızı körpü”də Rusiya avtomobillərinə də ən az onlar qədər rast gəlmək olur. Sürücülərin sözlərinə görə, əsas yoldan min kilometr daha uzun olan bu yolda mənzil başına çatmaq üçün əlavə 10 saat yol qət etmək lazımdır.
Sürücü qeyd edir ki, “Bu yolla ilk dəfədir gəlirəm, əvvəllər Larsdan gedirdim. Problem budur ki, deyillər böyük növbə var”.
Hazırda bərpa işləri aparılan “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsinin nə zaman təkrar istifadəyə veriləcəyi barədə hələlik məlumat yoxdur. Torpaq sürüşməsi nəticəsində ərazidəki tikintidə çalışan iki nəfərin itkin düşdüyü və onlardan birinin meyitinin tapıldığını, digərinin isə axtarışlarının davam etdiyi xəbər verilir. Bu, eyni yerdə son 4 ayda baş verən ikinci təbii fəlakətdir. Bu ilin may ayında ərazidə baş verən bənzər hadisə zamanı 5 nəfər həyatını itirmişdi.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












