Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ - Hansı alternativ marşrutlar var? - VİDEO

Artıq dünəndən Azərbaycandan Rusiyanın şəhərlərinə bütün aviareyslər dayandırılıb.vBuna görə də alternativ variant kimi Türkiyə və Rusiyaya səfər etmək istəyənlər üçün Qazaxıstandan tranzit səfərlər təklif edilir. Tələb çoxluğundan artıq həmin istiqamətlərdə aviabiletlərin qiyməti də bahalaşıb.
Azərbaycandan Rusiyaya avia reyslərin dayandırılması bu ölkəyə və əks istiqamətdə gediş-gəlişin bundan sonra necə olacağı məsələsini aktuallaşdırır. Çünkü bu ölkədə kifayət qədər soydaşımız yaşayır və işləyir. Qeyd edək ki, pandemiya səbəbindən hazırda qatar, avtobus və gəmi vasitəsilə rusiyaya azərbaycandan və əks istiqamətdə sərnişindaşıma həyata keçirilmir. Bəs vətəndaşlar hansı yollarla rusiyaya və ya əks istiqamətə səfər edə bilərlər? Ekspert Rəhman Quliyev deyir ki, vətəndaşlar hazırda rusiya ilə hava nəqliyyatı açıq olan ölkələr vasitəsilə səfərlərini həyata keçirə bilərlər. Soydaşlarımız üçün ən uyğun alternativ variant Türkiyə və Qazaxstandan tranzit keçməklə səfər etməkdir. Tələb çoxluğundan artıq həmin istiqamətlərdə aviabilet qıtlığı yaşanır. Bu isə qiymətlərə təsir edib. Halbuki, reyslər ləğv edilməzdən əvvəl Azərbaycan və Rusiyadan birbaşa uçuş zamanı qiymətlər istiqamətlərə görə, 150-350 manat arasında dəyişirdi. Rəhman Quliyev onu da bildirdi ki, tranzit keçidi zamanı vətəndaşların problemlə üzləşməsi gözlənilmir. Çünkü istər türkiyə, istərsə də qazaxstan pandemiyaya baxmayaraq azərbaycan vətəndaşlarını qəbul edir. Bunun üçün onların Covid pasportları və ya peyvənd sertifkatlarının olması yetlərlidir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












