Rusiyaya işləməyə gedənlərin nəzərinə: deportasiya oluna bilərsiz

Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.
Bu barədə qurumun hazırladığı miqrasiya məsələləri ilə bağlı yeni federal qanun layihəsi konsepsiyasında bildirilir.
Konsepsiyaya əsasən fiziki şəxslərin gəlir vergisi sabit avans ödənişi (əvvəlcədən ödəniş) şəklində ödənilməsə, miqrantlara vergini 15 gün ərzində ödəmək tələbi ilə bildiriş göndəriləcək. Miqrantın bundan imtina etməsi halında onun Rusiyada işləməsi qadağan edilə və o, hətta ölkədən deportasiya oluna bilər.
Bu cür verginin ödənilməsi üçün elektron patent rəsmiləşdirmək lazım olacaq. Miqrantları işə götürmək istəyən işəgötürənlər (fiziki, hüquqi şəxslər, habelə fərdi sahibkarlar) şəxsi kabinetdə qeydiyyatdan keçməli (ola bilsin ki, bu, dövlət və bələdiyyə xidmətlərinin vahid portalında olacaq) və xüsusi formanı doldurmalı olacaqlar.
Sistemdə qeydiyyatdan keçdikdən sonra Xarici İşçi Qüvvəni Cəlb Edən İşəgötürənlərin Reyestrinə daxil edilmə haqqında ərizəni elektron formada doldurmaq lazımdır.
Sənəd həmçinin əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılmasını, Rusiyaya daxil olmazdan əvvəl onların barmaq izlərinin götürülməsini və xarici işçiləri cəlb edən səhlənkar şəxslərin reyestrinin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsində həmçinin əcnəbilərin işəgötürülmə şərtlərini əks etdirmək də təklif olunur: məsələn, bu kateqoriyadan olan işçilər üçün regionda qazancın orta səviyyəsinə uyğun əməkhaqqı məbləği, Rusiya qanunlarının pozulmasına görə ödənilməmiş cərimələrin olmaması və s. (Sputnik.az)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












