Rusiyaya qarşı sanksiyaların Azərbaycanda dərman bazarına təsiri varmı?

Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi irəli sürülür.
Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb. Belə ki, Avropadan lazımi inqrediyentlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir. Bəs Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq? Qiymət artımı, yaxud dərman qıtlığı gözlənilirmi? İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Rusiyanın hava məkanı 36 ölkənin üzünə bağlandığı üçün ciddi qiymət artımı baş verə bilər: "Əczaçılıq şirkətləri birgə işləyir. Ayrı-ayrı dərmanlar üçün istifadə olunan maddələr müxtəlif ölkələrdə hazırlanır. İndi də bunların daşınma yolları dəyişdiyi üçün çətinlik yaranır".
Ekspertin fikrincə, Avropa ölkələrindən Rusiyaya əczaçılıq məhsullarının ixracatına qoyulan məhdudiyyətlər üzündən dərmanlar bahalaşacaq. Digər tərəfdən, müharibənin getdiyi Ukraynada da iqtisadiyyat dərin durğunluğa düçar olub: "Ukrayna dünya əczaçılıq sənayesində elə də mühüm yer tutmur". Onun sözlərinə görə, Azərbaycan dava-dərman idxalı üçün alternativ variantlar axtarmalı olacaq: "Yəni əvvəllər Rusiyadan tədarük edilən dərmanlar Avropa ölkələrindən idxal olunacaq ki, bu da qiymətlərdə artım deməkdir: bahalaşmanı bir neçə ay ərzində hiss edəcəyik. Unutmayaq ki, ölkəmizin ümumi idxalatının 4,3 faizi dərman və tibbi ləvazimatın payına düşür. Bunların məbləği 450 milyon dollara yaxındır".
Tibb üzrə ekspert Rasif Bağırov da bildirib ki, dava-dərman idxalında Rusiya məhsullarının payı 10 faizdən çox deyil: "Ölkəmizdəki həkimlərin əksəriyyəti Rusiya dərmanlarına etimad göstərmir, çünki bunların keyfiyyəti Avropa dərmanlarına nisbətən çox aşağıdır. Azərbaycana idxal olunan dərmanların çoxu Türkiyə və Avropadan, müəyyən qismi Hindistan və Latın Amerikası ölkələrindən gətirilir. Ona görə də Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar Azərbaycan dərman bazarına mənfi təsir göstərməyəcək".
Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Yeni Koordinasiya Mərkəzi yaradılacaq
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Vətən müharibəsinin müjdəçidi – Aprel döyüşləri - FOTOSESSİYA
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO










