Rüstəmxanlıların düşdüyü qəzadan GÖRÜNTÜLƏR - VİDEO

Masallı-Yardımlı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb. Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 44 yaşlı Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, 40 yaşlı Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə onun bacısıdır. Faktla bağlı araşdırmalara başlanıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












