Rüşvət alan yol polisinin axırı belə oldu – DƏHŞƏTLİ VİDEO

«Həyatın sənin öz əlindədir» adlı bu videoçarx Rusiyada hazırlanıb. Rusiyada sərxoş sürücülərə qarşı mübarizənin effektivliyini artırmaq üçün belə bir sosial çarx hazırlanıb. Bəli, çarxın başlıca məqsədi odur ki, yol polisləri sərxoş vəziyyətdə sükan arxasında oturan sürücünü aşkar etdikdə ona qarşı amansız, mübariz və qətiyyətli olmalıdır. Çünki həqiqətən də yol polisinin sərxoş sürücüdən müəyyən məbləğdə aldığı rüşvət sonda elə onun həyatını parçalaya bilir. Bu sosial çarxda da məhz bunu demək istəyirlər. Bu çarx təkcə Rusiya üçün deyil, elə sərxoş halda avtomobil idarə edən sürücülərin bol olduğu Azərbaycan üçün də aktualdır. Xüsusən də, qeyd etmək lazımdır ki, yay aylarında bölgələrə istirahətə gedənlərin əksəriyyəti geri qayıdanda sərxoş halda olurlar və bu vəziyyətdə də avtomobil idarə edirlər. Sözsüz ki, yol polisi bunların hamısını aşkar edə bilmir və ya aşkar etdiyinin hamısına qarşı tədbir görüldüyünü də tam əminliklə deyə bilmərik.
Bir məqamı unutmaq olmaz ki, sərxoş vəziyyətdə sükan arxasında oturan sürücü belinə bomba bağlayıb insanların arasında gəzən kamikadze kimi bir şeydir. İstənilən an partlaya bilər. Bu partlayışdan hər birimiz ziyan çəkə bilərik. Gəlin, spirtli içki içib sərxoş halda sükan arxasında oturanlara qarşı qətiyyətli olaq, onlara bu videonu göstərik, təsir edək. Onlar hər birimizin yaxınlarına ziyan vura bilər. Gəlin, yollarda bir butulka içkiyə və hansısa məbləğdə pula görə həyatımızı təhlükə qarşısına qoymayaq. Yol polisindən əvvəl bizim içimizdə də mübarizə əzmi olmalıdır. Elə bilməyin ki, izlədiyiniz bu videoçarxı Rusiyada yol polisi özü hazırlayıb. Xeyr! Bu çarx ictimai qurumlar tərəfindən hazırlanıb və Rusiyada böyük rezonansa səbəb olub. Ümid edirik ki, Azərbaycanda da buna bənzər sosial çarxlar çəkilməsə belə, bu sosial çarxı izləyən hər kəs öz payını götürəcək.
Avtosfer.az-ın təqdim etdiyi videoçarxa bu ad heç də təsadüfdən seçilməyib. Həqiqətən də, «Həyatın sənin öz əlindədir»...
Elməddin Muradlı
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA






















