Sabah 34 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

İyunun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL
Azərbaycandan ixrac edilən nərə balığı niyə ucuz olub? – Ekspert AÇIQLADI - VİDEO
Dövlət qurumları üçün xidməti parkinq yerləri necə müəyyənləşdirilir? – Ekspert AÇIQLADI
Avtobus dayanacaqlarındakı məlumat çatışmazlığı ilə bağlı AYNA-nın açıqlaması - VİDEO










