Sabah 36 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Avtosfer.az-a xəbər verilib ki, iyunun 16-da paytaxtda şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 17-18-i Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










