Sabah 8 dərəcə şaxta olacaq

Sabah Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gün ərzində arabir güclənəcək. Temperatur Abşeron yarımadasında gecə 3-6, gündüz 8-11 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Dekabrın 24-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında az yağıntı olacağı gözlənilir. Gün ərzində əsən qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












