Sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26 dərəcə isti təşkil edəcək.
Fidan
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










